yangin 3

Ağsu rayonu, Girdə kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi istiqamətində zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Globalinfo.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğının geniş əraziyə yayılmasının qarşısının alınması və ərazinin çətin keçidli dağlıq ərazi olması səbəbindən FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğınsöndürmə işlərində texnika ilə yanaşı, əl ilə söndürmə üsulundan istifadə olunur.

Əlavə məlumat veriləcək.

.

22d2027 a i0822 wab28 22d2028 a i0822 wab20 22d2028 a i0822 wab23 22d2027 a i0822 wab22 22d2027 a i0822 wab21 22d2028 a i0822 wab24 22d2027 a i0822 wab25 22d2028 a i0822 wab26 22d2028 a i0822 wab27

***16:49

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağsu rayonu, Girdə kəndi yaxınlığında dağlıq ərazidə yanğın olması barədə ilkin məlumat daxil olub.

FHN-dən Globalinfo.az-a bildirilib ki, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

Paylaş: