“Sabah” penaltilərdə məğlub olaraq mübarizəni dayandırıb.
***
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Partizan” və “Sabah” qarşılaşmasında meydan sahibləri fərqi iki topa çatdırıblar.
58-ci dəqiqədə “Partizan”ın heyətində B.Natço fərqlənib.
***
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Partizan” və “Sabah” qarşılaşmasında ikinci hissə start götürüb.
İlk hissədən sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə geridədir.
***
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Partizan” və “Sabah” qarşılaşmasında ilk hissə başa çatıb.
İlk hissədən sonra Azərbaycan təmsilçisi 1:0 hesabı ilə geridədir.
***
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Partizan” və “Sabah” qarşılaşmasında hesab açılıb.
Qarşılaşmanın 30-cu dəqiqəsində Saldanha fərqlənib.
***
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda “Partizan” və “Sabah” üz-üzə gəlirlər.
Qarşılaşmanın baş hakiminin start fiti ilə oyun başlayıb.
***
Serbiyada UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununda üz-üzə gələcək “Partizan” və “Sabah”ın start heyətləri müəyyənləşib.
Globalinfo.az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:
“Partizan”: 1. Aleksandar Yovanoviç,2. Arandel Stoykoviç, 3. Mixaylo İliç, 6. Svetozar Markoviç (k), 5. Nikola Antiç, 40. Kristian Beliç, 8. Frank Kanute, 10. Bibras Natço, 7. Severina Xander, 9. Kvinsi Meniq11. Mateus Saldanya
Baş məşqçi: İqor Dulyay
“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 24. Maruan Hadudi, 44. Sofian Çakla (k), 7. Boyan Letiç, 15. Kristian da Silva, 10. Aleksey İsayev, 12. Vensan Till, 9. Anatoli Nuriyev, 27. Jarl Marqarita, 18. Davit Volkov
Baş məşqçi: Murad Musayev
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. İlk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib.