799d9671 24ae 383a a907 a27bb714bb64 850

“Sabah” “Partizan”ı Bakıda 2-0 hesabı ilə məğlub etdi. Cavab görüşü bir həftə sonra Belqradda oynanılacaq.

***

Letiç 74-cü dəqiqədə fərqi artırdı: 2-0.

***

Letiç 70-ci dəqiqədə “Sabah”ı hesabda önə keçirdi: 1-0.

***

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

Globalinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da oynanılan matçın ilk yarısından sonra qapılara qol vurulmayıb – 0:0.

***

Bakıda “Sabah” və Serbiya “Partizan”ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

Globalinfo.az xəbər verir ki, “Bank Respublika Arena”da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 17-də Belqradda olacaq.

Qarşılaşmanın canlı yayımını BURADAN izləyə bilərsiniz.

***

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək “Sabah” və Serbiya “Partizan”ının start heyətləri açıqlanıb.

Oxu.Az xəbər verir ki, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Sabah”: 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 19. Emmanuel Apeh, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 44. Sofian Çakla

Baş məşqçi: Murad Musayev

“Partizan”: 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 7. Severina Xander, 8. Frank Elimane Kanute, 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 15. Aldo Kalulu, 26. Aleksandr Filipoviç, 40. Kristiyan Beliç

Baş məşqçi: İqor Dulyay

Qeyd edək ki, “Bank Respublika Arena”da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

Paylaş: