64cd5b9e8ef5a64cd5b9e8ef5b169117993464cd5b9e8ef5764cd5b9e8ef59

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində baş verən yanğın söndürülüb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, yanğın kollecin ümumi sahəsi 500 kv/m-lik hissəsində baş verib.

Yanğın baş verən hissədə kollecin mətbəxti və idman zalı yerləşib.

Yanğın gecə saat 00:16-da tam söndürülüb.

Yanğın nəticəsində binanın dam örtüyünün 450-kv/m-lik sahəsinin yanar konstruksiyaları, idman zalına yığılmış yeni invertarın bir hissəsi qismən yanıb.

Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

***

Zaqatala Dövlət İdarəetmə və Texnologiya Kollecində yanğın başlayıb.

Globalinfo.az xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin üç yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

64cd5b9e7fe0064cd5b9e7fe01169117993464cd5b9e7fdfe64cd5b9e7fdff 64cd5b9e8372364cd5b9e83724169117993464cd5b9e8372164cd5b9e83722 64cd5b9e8769c64cd5b9e8769d169117993464cd5b9e8769a64cd5b9e8769b

Paylaş: