Separatcilar

Ermənilərin aclıq oyunları oynadıqları şəraitdə bəzən hansısa erməni separatçıların tamaşasını yaddan çıxarır və nəticədə rüsvay olurlar.

Globalinfo.az xəbər verir ki, sosial şəbəkənin erməni seqmentində növbəti belə paylaşım olub.

Belə ki, ermənilərin hətta çörək bişirmək üçün belə un çatışmazlığını iddia etməsinə baxmayaraq, ərazidə fəaliyyət göstərən şirniyyat dükanı onların yalanlarını ifşa edib. Belə ki, növbənöv şirniyyatlar hazırlayan dükanın sahibi hətta paylaşımlarında həmin gün üçün obyektdə yer qalmadığını da vurğulayıb. Hər halda çörəksiz qalan, aclıq oyunları oynayam ermənilərin şirniyyat üçün un tapmaları və həmin obyektin bütün gücü ilə işləməsi erməni riyakarlığının səviyyəsini göstərir. Hərçənd hər nə qədər riyakarlar çox olsa da, hər zaman onları ifşa edəcək bir axmaq da tapılır…

WhatsApp Image 2023 08 04 at 15.18.24 WhatsApp Image 2023 08 04 at 15.18.16

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: