nizam osmanov

Bu gün bir sıra saytlarda Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov və Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovun işdən çıxarılması ilə bağlı məlumat yayılıb.

Globalinfo.az bildirir ki, Manset.az məsələ ilə bağlı  Müdafiə nazirinin müavini, general-leytenant Nizam Osmanovla əlaqə saxlayıb. O, işdən çıxarılması ilə bağlı xəbəri təkzib edib.

***11:39

Müdafiə Nazirliyinin iki yüksək vəzifəli şəxsi vəzifəsindən azad edilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə bizim.media saytı məlumat yayıb.

Sayt yazır ki, Müdafiə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini, general-mayor Elxan İbrahimov bir müddət əvvəl vəzifəsindən uzaqlaşdırılıb. Elxan İbrahimov 2020-ci ilin iyulundan etibarən bu vəzifəni icra edirdi.

Vəzifəsindən uzaqlaşdırılan digər məmur isə Azərbaycan Respublikası müdafiə nazirinin müavini – Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi Nizam Osmanovdur. General-leytenant Nizam Osmanov 23 iyul 2021-ci ildən Maddi-Texniki Təminat Baş İdarənin rəisi vəzifəsini icra edirdi.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlasaq da, sorğumuz cavabsız qalıb.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

1689663963 msg1185176306 51754

Paylaş: