bayraktar

Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edə zavodun tikintisinə başlanılır.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın strateji sənaye sahələri naziri Aleksandr Kamışin danışıb.

Artıq 2025-ci ildə zavodun istehsala başlaması planlaşdırılır.

Qeyd edək ki, sosial şəbəkələrdə də paylaşılan bu məlumat erməni seqmentində çaşqınlıq və gərginliyə səbəb olub. Onlar “Bayraktar”ların tezliklə Azərbaycanda da istehsal ediləcəyinin qorxulu olduğunu bildiriblər.

Tamerlan Yayaqan
Globalinfo.az

Paylaş: