İyulun 4-ü paytaxt ərazisində avtobusun iştirakı ilə baş vermiş zəncirvari qaza barədə Daxili İşlər Nazirliyinin Baş DYP İdarəsi açıqlama yayıb.
Globalinfo.az xəbər verir ki, paytaxtın S.S.Axundov küçəsində “Azadlıq” metro stansiyasının çıxışında “Daewoo” markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbilə baş verən qəza nəticəsində ölüm halı olmasa da, 9 avtomobilə maddi ziyan dəydiyi bildirilib.
Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlasılsın, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin.