İrəvandan Həkəri təxribatı barədə növbəti açıqlama

İrəvandan Həkəri təxribatı barədə növbəti açıqlama

“Həkəri körpüsündə baş verənlərlə bağlı mövqeyimizi Rusiyanın Ermənistandakı səfirinə bildirmişik, məsələ araşdırılır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

“Azərbaycan və Ermənistan sülh müqaviləsi üçün fundamental məsələlərdə razılığa gələ bilmirlər. Tərəflərin mövqeləri bir-birindən kifayət qədər uzaqdır, amma bu istiqamətdə iş davam etdirilir. Vaşinqtonda iki ölkənin XİN başçıları arasında görüşün vaxtının müəyyələnləşdirilməsi üçün müzakirələr aparılır”, – o bildirib.

Qeyd edək ki, iyunun 15-də Laçın postunun yerləşdiyi Həkəri körpüsündə rus sülhməramlılarının müşayiəti ilə Azərbaycan Bayrağı ucaldan hərbçilərimiz atəşə tutulub.

Ayşən Mustafa
Globalinfo.az