6316483e6646a6316483e6646b16624046706316483e664656316483e66468 1

Rusiya xarici işlər naziri Sergey Lavrov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan İrəvan və Bakı arasında münasibətlərin nizama salınmasını müzakirə edib.

APA-nın xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli sazişlərinin hərtərəfli həyata keçirilməsinə dair öhdəliyi bir daha təsdiqlənib. Bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması,istiqamətində gələcək addımlar, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası, həmçinin Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin parametrlərinin işlənib hazırlanması müzakirə edilib”,-deyə məlumatda bildirilib.

 

Paylaş: