
Ankarada güclü leysan yağışları yağıb və fırtına olub.
Globalinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, tğbii fəlakət nəticəsində küçələri su basıb, evlərin damı uçub, ağaclar aşıb.
Fırtına nəticəsində iki məscidin minarəsi uçub.
Bildirilib ki, minarənin parçasının qopması nəticəsində bir nəfər yaralanıb. Yaralı təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.
Güclü fırtına nəticəsində damlardan qopan parçalar avtomobillərə ziyan vurub.
Bugünkü görüntülər arasında fırtına səbəbindən göydə divanın uçduğu kadrlar da yer alıb.
Həmin görüntüləri təqdim edirik:
Ayşən
Globalinfo.az