putin pasinyan 12

Avropa İttifaqı (Aİ) Ermənistanın Rusiyaya sanksiyalardan yayınmasına kömək etdiyini açıqlayıb. İrəvan rəhbərliyi də deyib ki, bu addımı Avrasiya İqtisadi Birliyinə üzv olduğu üçün atır.

Maraqlıdır, Ermənistan Aİ-nin təkidi ilə Avrasiya Birliyindən çıxa bilərmi? Rusiyanın buna reaksiyası necə olar?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Yeganə Hacıyeva deyib ki, Ermənistanın Rusiyaya sanksiyalardan yayınması üçün kömək etməsi bu ölkənin heç bir halda Avrasiya İqtisadi Birliyinə üzv olması ilə bağlı deyil:

5a0eff12 bd3f 4ac1 ae21 5f739cb57ebc

Yeganə Hacıyeva

“Misal üçün, Rusiyanın Aİ-in sanksiyalarından yayınmasına həm də Yunanıstan kömək edir. Sual yaranır: Məgər Yunanıstan Avrasiya İqtisadi Birliyinə üzvdür?

Göründüyü kimi, bu, fərdi seçimdir. Həm Yunanıstan, həm də Ermənistan fərdi seçimləri əsasında bu prosesdə iştirak edir və milyonlarla dollar qazanır. Onu da qeyd etmək lazımdır ki, həm Yunanıstan, həm də Ermənistan Rusiyanın Qərbin sanksiyalarından yayınması üçün bütün qüvvələrini səfərbər edib.

Düşünmürəm ki, Ermənistan hazırda Avrasiya Birliyindən və ya KTMT-dən çıxmaq istəyir. Ümumiyyətlə bu düşüncə yanlışdır. İndiki məqamda Ermənistan həm adı çəkilən təşkilatlarda qalmaq, həm də Aİ-nin dəstəyini almaq istəyir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: