Azərbaycan Prezidenti İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə təkbətək görüş keçirdiyi məkan Tacikistanın “Koxi Somon” hökumət iqamətgahıdır.
Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, görüşdən əvvəl iqamətgahın ərazisi xüsusi şəkildə bəzədilib, meyvə-tərəvəzdən ibarət instalyasiyalar hazırlanıb.
Həmçinin giriş hissəyə maraqlı gül instalyasiyası əlavə edilib. İçəri girən qonaqları qırmızı güllərdən ibarət böyük bir tağ qarşılayır.
Bura Tacikistanın ən əhəmiyyətli binalarından biridir. Sözügedən iqamətgahda rəsmi danışıqlar, yüksək səviyyəli görüşlər, beynəlxalq konfranslar, qəbullar keçirilir.
Kompleks səliqəli bağ ilə əhatə olunmuş bir neçə binadan, mehmanxana kompleksindən, hörmətli qonaqlar üçün səkkiz rezidensiyadan, dekorativ dizaynlı besedkadan, konsert zalı və yardımçı tikililərdən ibarət geniş ərazidir.
Əliyar Xəlil
Globalinfo.az