
Avropa Komissiyasının (AK) Prezidenti Ursula fon der Leyen Kanadaya Avropa İttifaqının (Aİ) assosiativ üzvlüyünün təklif edilə biləcəyini açıqlaması Aİ ölkələri üçün gözlənilməz olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
Bildirilib ki, Aİ daxilində bu təşəbbüsün konkret olaraq nəyi nəzərdə tutduğu barədə tam aydınlıq yoxdur:
“Demək olar ki, heç kim bunun nə demək olduğunu dəqiq bilmir. Ottavaya münasibətimiz müsbətdir, lakin detalların nə olduğunu anlamalıyıq”.
Digər Aİ diplomatları Kanadaya Gürcüstan, Moldova və Ukrayna ilə tətbiq olunan Dərin və Hərtərəfli Azad Ticarət Zonası modelinə bənzər bir formatın təklif edilə biləcəyini ehtimal ediblər.
Safura Bənnayeva
Globalinfo.az