Türkiyə kinosunun məşhur komediya filmlərindən biri olan “Şabanoğlu Şaban”ın davamı ekranlara gətiriləcək.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Yeni ekran əsəri “Şabanoğlu Şabanoğlu Şaban” adlanacaq və baş qəhrəman Şaban obrazını bu dəfə mərhum aktyor Kamal Sunalın oğlu Ali Sunal canlandıracaq.
1977-ci ildə ilk dəfə tamaşaçılara təqdim olunan filmin davamı ilə Şaban obrazının kinoda ikinci nəsil macəralarına start veriləcək.
Filmin rejissoru Can Ulkay olacaq. Çəkilişlərin sentyabrın sonunda başlanması planlaşdırılır.
Hazırda ekran əsərində rol alacaq digər aktyorların müəyyənləşdirilməsi üçün danışıqlar aparılır.
Safura Bənnayeva
Globalinfo.az