“Rusiya Hindistan və Pakistan sərhədindəki vəziyyəti diqqətlə izləyir”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, hazırda iki ölkə arasında atmosfer gərgindir:
“Pakistan da bir çox məsələlərdə bizim tərəfdaşımızdır. Ümid edirik ki, tərəflər sərhəddə gərginliyin səviyyəsini azaldacaq tədbirlər görə biləcəklər”.
O əlavə edib ki, Rusiya Prezidenti Vladimir Putinin hər iki ölkənin nümayəndələri ilə planlaşdırılan təmasları olarsa, əlavə məlumat veriləcək.
Günay Rəsulqızı
Globalinfo.az