1711118715 sahibe alen 900x600 1

Ermənistan parlamentinin spikeri Alen Simonyan Türkiyəyə gedir. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Bildirilir ki, Simonyan 16–19 aprel tarixlərində İstanbulda keçiriləcək Parlamentlərarası İttifaqın 152-ci sessiyasında iştirak edəcək.

Alen Simonyanın İstanbulda həmçinin Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və gürcüstanlı həmkarı ilə də görüşü planlaşdırılıb.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: