Pentaqon Vaşinqtonun Kiyevə verdiyi silahların təmiri üçün amerikalı podratçıların Ukraynada olması ilə bağlı qadağanı ləğv edib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Foreign Policy” jurnalı yazıb.
Jurnal qeyd edir ki, Ukrayna şirkətlərinin ABŞ-ın ixrac qanunlarına uyğun olaraq Amerika M777 haubitsalarının lülələrini təmir etməyə icazəsi yoxdur.
“Ağ Evin icazəsi olmadan amerikalı diplomatların hərəkətinə qoyulan məhdudiyyətlər səbəbindən ekspertlər cəbhə bölgələrinə gedə və Amerika avadanlıqlarının təmirinə kömək edə bilməzlər. Bu, podratçılara da aiddir”, – məlumatda bildirilib.