iran abs 900x600 1

İran ABŞ-la qısa müddətli atəşkəs təklifini rədd edib.

Globalinfo.az xəbər verir ki, bu barədə “Eghtesad News”  məlumat yayıb.

Bildirilib ki, Tehran Vaşinqtonla uzunmüddətli sülh danışıqlarına yalnız müəyyən ilkin şərtlər yerinə yetirildikdən sonra razı ola bilər.

Bu şərtlərə hücumların dərhal dayandırılması, təkrar edilməyəcəyinə zəmanət verilməsi və kompensasiyaların ödənməsi daxildir:

“Daimi sülh müqaviləsi çərçivəsində Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb ediləcək. Bu məbləğ gəminin növü, yükü və mövcud vəziyyətə görə dəyişəcək”.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: