
Türkiyənin Sakarya bölgəsinin Arifiye rayonunda Azərbaycan vətəndaşı ağır şəkildə xəsarət alıb.
Globalinfo.az xəbər verir ki, hadisə Fatih məhəlləsində baş verib.
Naməlum şəxs və ya şəxslərin 30 yaşlı azərbaycanlıya hücum edərək onu döydüyü bildirilir.
İlkin məlumata görə, zərərçəkən daha sonra eyvandan küçəyə atılıb. Ərazidə olan sakinlər onu görərək dərhal təcili yardım çağırıblar.
Safura Bənnayeva
Globalinfo.az