“ABŞ Prezidenti Donald Trampın Ceffri Epşteynin cinayətlərindən hələ 2000-ci illərdə xəbərdar idi”.
Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Reuters” məlumat yayıb.
Bildirilir ki, 2006-cı ilin iyul ayında Epşteynin cinsi cinayətləri ilə bağlı ilk iddialar ictimaiyyətə açıqlananda, Donald Tramp Florida ştatının Palm Biç şəhərinin polis rəisinə zəng edib.
Polis rəisi Mayk Reyter Trampın həmin vaxt baş tutan sözlərindən sitat gətirib:
“Tramp dedi ki, Allaha şükür, Eptşeyni dayandırırsınız, hamı onun cinayətlərindən xəbərdar idi”.
Bu məlumat Trampın Epşteyn ətrafında baş verən hadisələrdən daha tez erkən mərhələdə xəbərdar ola biləcəyinə dair müzakirələri gündəmə gətirib.
Safura Bənnayeva
Globalinfo.az