9c5f6d5c 80f3 4365 954a ff03fe449efb

Avropada hazırlanan hərbi oyunda Rusiyanın Litvaya hücum ssenarisi modelləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (VSJ) məlumat yayıb.

“Oyunda Almaniya Federativ Respublikasının və NATO-nun sabiq rəsmiləri, qanunvericilər və təhlükəsizlik üzrə ekspertlər iştirak ediblər. Ssenari 2026-cı ilin oktyabrında cərəyan edir.

Oyuna görə, Rusiya Kalininqradda guya “humanitar böhran” bəhanəsi ilə Litvanın əsas nəqliyyat qovşaqlarından biri olan Mariyampole şəhərini ələ keçirir. ABŞ NATO-nun 5-ci maddəsini işə salmaqdan imtina edir, Almaniya tərəddüdə düşür, Polşa səfərbərlik elan etsə də, qoşun yeritmir. Litvada yerləşdirilmiş Almaniya briqadası isə yolların minalanması səbəbindən müdaxilə etmir.

Nəticədə ABŞ-ın liderliyi olmadan Rusiya təxminən 15 min hərbçi cəlb etməklə bir neçə gün ərzində NATO-ya olan etimadı sarsıdır və Baltik regionunda nəzarəti ələ keçirir. Oyunun iştirakçılarından biri qeyd edib ki, həlledici amil hərbi güc deyil, Moskvanın müttəfiqlərin qərarsızlığına olan inamıdır”, – VSJ-nin məlumatında qeyd edilib.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: