IMG 8741

ABŞ Prezidenti Donald Trampla protokol çərçivəsində birgə şəkil çəkdirmək daxili PR baxımından vacibdir. Lakin bu, Davosda Ermənistanın baş naziri ilə Tramp arasında görüşün olmaması faktını ört-basdır etmək üçündür”.

Globalinfo.az xəbər verir ki, bunu erməni siyasi şərhçi Suren Sərkisyan deyib.

O qeyd edib ki, Trampın Azərbaycan Prezidenti İlham Əliyevlə görüş keçirdiyi halda Ermənistanın baş naziri ilə təkbətək görüşməməsi anlaşılmazdır.

S.Sərkisyanın sözlərinə görə, ABŞ adətən regional balansı qorumağa çalışır:

“Tramp və Əliyev görüş zamanı TRIPP təşəbbüsünü də müzakirə ediblər. Davos İqtisadi Forumu çərçivəsində Tramp cəmi iki liderlə ikitərəfli görüş keçirib — Azərbaycan Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski ilə”.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: