1762690756230 yeni proje 12

Belçikanın müdafiə naziri Teo Franken 17 yaşını tamamlamış 149 min gənci könüllü hərbi xidmətə çağırıb.

Globalinfo.az xəbər verir ki, nazir bu barədə X sosial media platformasında yazıb.

Franken paylaşımında bildirib:

Ölkə üzrə bütün 17 yaşlı gəncləri könüllü hərbi xidmətə qoşulmağa çağırıram. Gəlin başlayaq!”

Fransızdilli “Le Soir” xəbər saytının məlumatına görə, gəncləri könüllü hərbi xidmətə cəlb etmə təşəbbüsünə sentyabr ayında icazə verilib.

Bu xidmət “öyrədici bir təcrübə” kimi təqdim olunsa da, müxalifət bu addımı “cəmiyyətin militarizasiyası” kimi tənqid edir.

Safura Bənnayeva
Globalinfo.az 

Paylaş: