ABŞ Prezidenti Donald Tramp Yaxın Şərqdə İsrail və İran arasında genişmiqyaslı silahlı qarşıdurma ehtimalının mövcud olduğunu bildirib.
Globalinfo.az xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb.
“Baxın, burada böyükmiqyaslı münaqişə təhlükəsi var”, – deyə o, İsrailin İrana qarşı hərbi güc tətbiq edə biləcəyi barədə ABŞ mediasında yayılan xəbərlərə münasibət bildirərkən vurğulayıb.
Prezident bölgədə çox sayda amerikalının olduğunu da qeyd edib:
“Bizim bu bölgədə çoxlu vətəndaşımız var. Mən demişəm ki, oradan çıxmalıdılar, çünki nəsə baş verə bilər. Tezliklə”.
*** 20:55
Yaxın Şərqdə genişmiqyaslı münaqişə ehtimalı var.
Globalinfo.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, bu fikirləri İran ətrafında vəziyyəti şərh edərkən deyib.
Xəbər yenilənir…
Aysel Əliyeva
Globalinfo.az