Pakistanda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
***13:02
Pakistanın şimal-qərbində kamikadze hücumu olub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Times of İndia” nəşri məlumat yayıb.
“Kamikadze partlayıcı yüklənmiş avtomobili hərbi karvana çırpıb. Partlayış nəticəsində 13 əsgər həlak olub, 10 ordu əməkdaşı və 19 mülki şəxs yaralanıb.
Partlayış iki evin damının dağılmasına səbəb olub. Bu zaman 6 uşaq yaralanıb”, – məlumatda qeyd edilib.
Safura Bənnayeva
Globalinfo.az