b0fbbb78 cf22 11ef 8d7a 02420a0000c9 1024

Ukrayna hərbçiləri Donetskin Kiyevski rayonunda supermarketə zərbə endiriblər.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Ehtimal ki, HIMARS vasitəsilə Kiyevski rayonundakı “Moloko” supermarketi vurulub”, – əməliyyat xidmətlərindən bildirilib.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaxınlıqda yerləşən bir neçə yaşayış binasının, çoxmərtəbəli inzibati binanın və institutun şüşələri zərər görüb. Bundan başqa, 15-ə yaxın avtomobilə ziyan dəyib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: