WhatsApp Image 2024 11 04 at 12.19.59

Cənubi Koreya Ukraynaya silah tədarükünü dayandıra bilər.

Globalinfo.az xəbər verir ki, məlumatı “Blumberq” agentliyi yayıb.

Məlumata görə, rəsmi Seulun belə fikrə düşməsinə səbəb Donald Trampın ABŞ prezidenti seçilməsidir. Agentlik yazır ki, Cənubi Koreya Prezidenti Yun Sok Yel hazırda gözləmə mövqeyindədir və Trampın planlarına uyğun addım atacaq.

Qeyd edək ki, son günlər Seuldan Ukraynaya dəstəklə bağlı müəmma artıb. Bir çox ölkələrin Ukraynaya tədarükü dayandırmaq haqqında məsələsini nəzərdə keçirdiyi deyilir.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: