4 yaşlı bacısı oğluna siqaret çəkdirən dayıya bu cəza verildi

Sosial şəbəkələrdə azyaşlının siqaret çəkməsini əks etdirən görüntülər araşdırılıb.

Bu barədə Globalinfo.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, polis əməkdaşları tərəfindən həmin görüntülərin Şərur rayonu Xanlıqlar kənd sakini Mahmud Həsənov tərəfindən çəkilməsi müəyyən edilib.

Şərur Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən 4 yaşlı bacısı oğlu ilə etdiyi hüquqazidd hərəkətlərə görə M.Həsənov polis orqanına dəvət edilib və barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.

Zaira Akifqızı
Globalinfo.az