Moda dünyasının əfsanəvi simalarından biri olan Anna Vintur 37 il sonra “Vogue” jurnalının ABŞ versiyasının baş redaktoru vəzifəsindən gedir.
Globalinfo.az xəbər verir ki, bu barədə “The Business of Fashion” nəşri məlumat yayıb.
Məlumata görə, “Vogue” bundan sonra ənənəvi baş redaktor postunu ləğv edəcək və əvəzində “redaksiya məzmunu rəhbəri” adlı yeni vəzifə yaradılacaq.
Buna baxmayaraq, Vintur “Vogue”la yollarını tam ayırmır. O, ABŞ nəşri də daxil olmaqla, səkkiz beynəlxalq “Vogue” jurnalının məzmununa qlobal redaksiya direktoru kimi nəzarət etməyə davam edəcək.
O, eyni zamanda “Condé Nast” nəşriyyat evində baş məzmun direktoru vəzifəsini də saxlayacaq.
Aysel Əliyeva
Globalinfo.az