“İsveç NATO-ya üzv olduqdan sonra daxili və xarici təhlükəsizliyə nəzarəti itirib”.
Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
O qeyd edib ki, belə hadisələr təkcə diplomatik nümayəndəlik üçün deyil, həm də şəhər sakinləri üçün təhlükə yaradır.
Zaxarova səfirliyə hücumu təxribat adlandırıb.
Xatırladaq ki, sentyabrın 7-də Rusiyanın İsveçdəki səfirliyinə dronla hücum edilib, ardınca əraziyə boya olan plastik torba atılıb.
Əliyar Xəlil
Globalinfo.az