
Fransanın Azərbaycandakı Səfirliyi Cəbrayıl rayonu ərazisində minatəmizləmə prosesi zamanı baş verən partlayış nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı verib.
Globalinfo.az xəbər verir ki, bununla bağlı səfirlik “X” platformasındakı paylaşım edib.
“Bu gün mina partlaması nəticəsində həlak olan ANAMA əməkdaşının ailəsinə başsağlığı veririk. Fransa, ölkənin minalardan təmizləmək səylərində Azərbaycanı dəstəkləməyə sadiqdir”, – paylaşımda qeyd olunur.
Əliyar Xəlil
Globalinfo.az