“Türklər çox gözəl film çəkib: Fatehlər Fatehi. Təəssüf ki, bizdə bu qəbildən filmlər çəkilmir”.
Globalinfo.az xəbər verir ki, bu fikirləri deputat Aqil Abbas deyib.
“Son 30 ildə başımıza gələn hadisələrdən Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyevin bizi necə xilas etməsi eynilə Fateh Sultan Mehmetin apardığı siyasət idi. O vaxt Osmanlının düşməni çox idi. Bütün Avropa Osmanlıya qarşı birləşmişdi. Amma Sultan Mehmet bizdə də olduğu kimi belə kərtənkələlərə qalib gəldi. Nəticədə İstanbulu azad etdi.
Prezident İlham Əliyev də 44 gün ərzində Şuşanı azad etdi. Sultan Mehmetlə bağlı olduğu kimi, Ali Baş Komandan haqqında da film çəkilməlidir”, – deputat bildirib.
Safura Bənnayeva
Globalinfo.az