“Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin ofisinin Ermənistanın 31 yaşayış məntəqəsini tələb etməsinə cavabı birmənalıdır: Bakı bu əraziləri tərk etməyəcək”.
Globalinfo.az xəbər verir ki, bunu erməni deputat Qarnik Danielyan deyib.
O bildirib ki, demarkasiya prosesi birtərəfli qaydada, İrəvanın güzəştləri əsasında aparılır.
“Rəsmilər bizi hədələyir ki, hazırkı prosesin alternativi müharibədir”, – Q.Danielyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın Azərbaycandan hansısa ərazini tələb etməsi absurddur. Rəsmi İrəvan hələ də Qazaxın 3 və Naxçıvanın Kərki kəndini işğalda saxlayır.
Əliyar Xəlil
Globalinfo.az