Ukrayna o şəhəri itirəcək, Qara dənizə çıxışı bağlanacaq – Mask

“Rusiya-Ukrayna müharibəsi danışıqlar yolu ilə həll edilməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu “Tesla”nın rəhbəri İlon Mask deyib.

Onun sözlərinə görə, əgər müharibə uzansa, Rusiya Odessanı nəzarətə götürəcək:

“Ukraynanın Qara dənizə bütün çıxışını itirib-itirməyəcəyi sual altında qalır. Bu baş verməmişdən əvvəl danışıqlar yolu ilə nizamlanmanı məsləhət görərdim”, – o qeyd edib.

Safura Bənnayeva
Globalinfo.az