
Sünik (Zəngəzur – red.) vilayətinin Dığ bələdiyyəsinə bağlı Aravus kəndində 230-a yaxın qoyunun Azərbaycan tərəfə keçdiyi iddia edilir.
Globalinfo.az xəbər verir ki, bunu Dığ bölgə icmasının rəhbəri Davit Qulunts bildirib.
“300-ə yaxın qoyunun 230-a yaxını yoxa çıxıb. Sərhəddən Azərbaycana tərəfə keçdikləri güman olunur. Sərhəddə polis də var, hərbi postlar da. Lakin onların necə yoxa çıxdıqları məlum deyil, heç kim görməyib”, – icma rəhbəri deyib.
Məsələ ilə bağlı açıqlama yayan Ermənistan Müdafiə Nazirliyi sərhəddə sakitlik olduğunu qeyd edib:
“Qoyunların Azərbaycan ərazisinə keçməsi ilə bağlı məsələ araşdırılır. Hər hansı atışma, insident yaşanmayıb. Vəziyyət sabitdir. Sərhəddə sızma cəhdi belə olmayıb”.
Ayşən Mustafa
Globalinfo.az