2020-ci il müharibəsi zamanı Gürcüstan… – Danielyandan ETİRAF

“Təsəvvür edək ki, Qərb bizə qoşun və sursat göndərəcək. Bəs bunun logistika problemi necə həll olunacaq? Bir tərəfdə Türkiyə, digər yanda İran, üçüncü tərəfdə isə Azərbaycanla sərhəd olan Ermənistanın təhlükəsizliyini Qərb necə təmin edə bilər?”

Globalinfo.az xəbər verir ki, bunu erməni politoloq Stepan Danielyan deyib.

“Qərbin bizə qoşun və sursat göndərməsi hər şey demək deyil. Əsas məsələ logistika probleminin həllidir. ABŞ silahları İrandan keçərək Ermənistana gətiriləcək? 2020-ci il müharibəsi zamanı Gürcüstan Ermənistana silah tədarükünə icazə vermədi və yolu bağladı. Odur ki, belə bir gözləntinin olması absurddur. Başqa bir məsələ ondan ibarətdir ki, təhlükəsizliyi diplomatiya və ya siyasi yolla təmin etmək mümkündür. Əgər hazırkı hökumət müharibəni başlamaq üçün hər şeyi etməsəydi, 2020-ci il savaşı baş verməzdi”, – Danielyan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az