“20 Yanvar” dairəsi ilə bağlı dəyişiklik edildi – DİQQƏT

“20 Yanvar” dairəsi istiqamətində tuneldə nəqliyyatın hərəkətinin məhdudlaşdırılacağı ilə bağlı tarixə dəyişiklik edilib. Belə ki, sözügedən istiqamətdə hərəkət bu gecə məhdudlaşdırılacaq.

Bu barədə Globalinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, 2 iyul saat 00:00-dan 05:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız “20 Yanvar” dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.