1688143068 ef8a6941 68a2 3eb4 9011 eaec6756516b 850

Sabah, iyulun 1-də saat 09:30-dan 15:00-dək Bakı şəhəri, Nəsimi rayonunun Alı Mustafayev küçəsində (yalnız 20 Yanvar dairəsi istiqamətində, tunelin çıxışında) aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Globalinfo.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun avtonəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

Paylaş: