“Bakı Qarabağda əməliyyatlara başlayacaq” xəbərinə Rusiya XİN-dən REAKSİYA

“Moskva Vaşinqtonun Bakı ilə Xankəndi arasındakı təmaslarda güc tətbiqi təhdidi ilə vasitəçiliyini qəbul etdirməyə çalışmasından narahatdır”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

“ABŞ-ın danışıqlarda öz vasitəçiliyini güc təhdidi yolu ilə həyata keçirməyə çalışması haqqında mətbuatda dərc olunan məlumatlardan narahatıq”, – nazirlikdən bildirilib.

Qeyd edək ki, Vaşinqtonun Xankəndidəki oyuncaq rejimi Bakı ilə təmaslara məcbur etdiyi, üçüncü bir ölkədə danışıqlar baş tutmayacağı təqdirdə Azərbaycanın antiterror əməliyyatlarına başlayacağı ilə bağlı iddialar yayılıb.

Ayşən Mustafa
Globalinfo.az