125 saat sonra gözlərini açan kimi bunu soruşdu – VİDEO

zelz 5

Türkiyənin zəlzələdən zərər görən bölgələrində axtarış-xilasetmə işləri davam etdirilir.

Globalinfo.az “NTV”yə istinadən xəbər verir ki, Adıyamanda Sadık Tunç adlı orta yaşlı bir şəxs dağıntılar altından 125 saat sonra xilas edilib.

Onun 7 mərtəbəli binanın dağıntıları altından sağ çıxarıldığı bildirilir. Xilasedicilərin sözlərinə görə, S.Tunç xilas edildikdən dərhal sonra övladlarının taleyi barədə maraqlanıb. Övladlarının yaxşı olduğunu öyrənən atanın çaşqınlıqla ətrafa baxdığını görmək mümkün olub.