Rusiyadan Ermənistandakı 102-ci hərbi baza haqda BƏYANAT

“Rusiya ilə Ermənistan arasında müttəfiqlik əlaqələri hər iki xalqın maraqlarına cavab verir”.

Globalinfo.az xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyinin dərc etdiyi bəyanatda deyilir.

“Rusiya həmişə müttəfiq və mühüm tərəfdaş kimi Ermənistanla dostluq əlaqələrinin möhkəmləndirilməsinə xüsusi önəm verib. Münasibətlər kompleksində təhlükəsizlik sektoru çox mühüm rol oynayır. Rusiyanın 102-ci hərbi bazası və sərhədçilərin mövcudluğu Ermənistanda və Cənubi Qafqazda sabitliyin təmin edilməsində əvəzsiz amil olaraq qalır”, – bəyanatda vurğulanıb.

Əliyar Xəlil
Globalinfo.az