Dövlət Departamentindən sülh açıqlaması: “Son irəliləyişləri və delimitasiyanı…”

“ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan və Ermənistan arasında davamlı sülhün vacibliyini bir daha təsdiqləyir”.

Globalinfo.az xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

O bildirib ki, ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevlə danışıb. Azərbaycan və Ermənistan arasında davamlı və ləyaqətli sülhün vacibliyini bir daha təsdiqləyib.

Miller tərəflər arasında son irəliləyişləri, o cümlədən sərhədlərin delimitasiyasının tənzimlənməsinə dair razılaşmanı alqışlayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az