Ərdoğandan Putin və Zelenskiyə yeni təklif

“Rusiya və Ukrayna liderlərinin Türkiyədə görüşməsini istəyirik”.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, bu barədə Macarıstandan qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə sülhün əldə olunmasına çalışır:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Türkiyəyə səfəri zamanı onunla bu barədə danışdıq. Həmçinin NATO Liderlər Zirvəsindəki müzakirələrdə bu məsələ barədə fikir mübadiləsi apardıq”.