Ərdoğan Kılıçdaroğludan aldığı təzminatı buna xərclədi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan CHP-nin sabiq sədri Kamal Kılıçdaroğludan qazandığı 65 min lirəlik mənəvi təzminatı Qəzzada kimsəsiz uşaqlara xərclənmək üçün Türk Qızıl Aypara Cəmiyyətinə bağışlayıb.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Qeyd edək ki, Ərdoğan 2021-ci il yanvarın 26-da Türkiyə Böyük Millət Məclisindəki çıxışında şəxsi hüquqlarını pozduğuna görə Kılıçdaroğluya qarşı iddia qaldırmışdı.