Ərdoğan İsrailin müdafiə nazirini qəbul etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan İsrailin müdafiə naziri Benni Qantzı qəbul edib.

Globalinfo.az bildirir ki, APA-nın xəbərinə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qəbulda Türkiyənin milli müdafiə naziri Hulusi Akar da iştirak edib.