Ermənistanda qərarları azərbaycanlılar verir – Kiviryan

“İlham Əliyevin açıqlamaları, eləcə də son bəyanatı yeni deyil. Onların öz xətti var və ona sadiq qalırlar. Yəni İlham Əliyevin bütün açıqlamalarını müqayisə etsək, görərik ki, heç bir ziddiyyət yoxdur”.

Globalinfo.az xəbər verir ki, bu sözləri erməni politoloq Arqişti Kiviryan deyib.

“Nikol Paşinyan və komandası Ermənistan cəmiyyətini çaşdırmağa çalışır. Bilirsiniz, sadəcə olaraq, 2020-ci il müharibəsindən sonra bizdə belə bir ənənə formalaşıb ki, Ermənistanın siyasi xəttini İlham Əliyev müəyyənləşdirir. Azərbaycan tərəfi Ermənistanda siyasi qərar qəbul edən tərəfə çevrilib”, – politoloq bildirib.

Zaira Akifqızı
Globalinfo.az