Ərdoğan ilin sonuna qədər olan gözləntisindən danışdı

Türkiyə hökuməti 2023-cü ilin sonuna qədər inflyasiyanın 30 faizdən aşağı olacağını gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan danışıb.

“İlin əvvəlindən sürətlə azalan inflyasiyanın ilin sonuna kimi 30 faizdən aşağı düşəcəyinə ümid edirik. Məqsədimiz 2024-cü ildə ölkəmizi birrəqəmli inflyasiyaya qaytarmaqdır”, – Ərdoğan bildirib.

Milli Statistika İnstitutunun (TÜİK) daha əvvəl verdiyi məlumata görə, Türkiyədə illik inflyasiya son bir il yarımdan sonra ilk dəfə noyabrda azalıb – oktyabrdakı 85,51 faizdən faizə düşüb. Noyabrda istehlak qiymətlərində artım 2,88 faiz təşkil edib.