
Fransa prezidenti Emmanuel Makron İsrailə silah tədarükünü dayandırmağa çağırıb.
Globalinfo.az xəbər verir ki, o, silah tədarükünün dayandırılmasını atəşkəs üçün rıçaq adlandırıb.
“Döyüş bölgələrində istifadə olunan silahların ixracına son qoymağa çağırıram. Bu, ölkənin məruz qaldığı təhlükələr fonunda İsrailin tərksilah edilməsinə çağırış kimi qəbul olunmamalıdır. Sadəcə atəşkəs üçün yeganə rıçaq budur”, – deyə Makron bildirib.
Onun sözlərinə görə, Paris İsraildən hərbi əməliyyatları tez bir zamanda başa çatdırmağı tələb edir. Makron həmçinin Fransanın xarici işlər naziri Jan-Noel Barrota Livan və Qəzzada gərginliyin azaldılması ilə bağlı məsləhətləşmələr aparmağı tapşırıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az