Ərdoğan dost ölkənin yeni baş nazirini təbrik etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu yenidən ölkənin baş naziri seçilməsi münasibətilə təbrik edib.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Telefon danışığında Türkiyə-Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Ərdoğan Pakistanda törədilmiş terror aktlarını pislədiyini vurğulayıb.

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçilib. Daha öncə ötən ilin avqustundan bəri hökumətin başında müvəqqəti olaraq Ənvər-ül Haq Kakar olub.